Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Kahramanmaraşspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev və Murad Axundzadənin heyətində yer aldığı bu komanda evdə “Boluspor”la qarşılaşıb. Görüşdə hesab açılmayıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, onların adı bu matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Quliyevlə Axundzadənin komandası hazırda cəmi 7 xal toplaya bilib və 18-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
15-ci tur
1 dekabr
Kahramanmaraşspor – Boluspor – 0:0





