"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:
"Hava şəraiti normal oyun qurmağımıza mane olurdu. Bunu xüsusilə ikinci hissədəki çıxışımıza aid etmək olar. "Neftçi" güclü komandadı. Komandamız ikinci qolu diqqətsizlikdən buraxdı. Penalti epizodunu dəqiq görmədim. Hadisə yerindən uzaq idim. Düşünmürəm ki, Erik Ramos bilərəkdən əllə oynasın. İstənilən halda hakim qərarını verib və bunu dəyişmək mümkünsüzdü".





