"Mançester Siti" klubu "Barselona"nın maraqlandığı futbolçusu Serxio Aqueronun transferinə yalnız bir şərtlə razılıq verdiyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, İngiltərə təmsilçisi Kataloniya klubuna Aleksis Sançeslə argentinalı hücumçunu dəyişdirməyi təklif edib.
"Barselona"nın baş məşqçisi Xerardo Martinonun da Sançesin komandadan ayrılmasına razılıq verəcəyi bildirilir. Yanvardan bu futbolçu dəyişikliyinin rəsmiləşəcəyi iddia edilir.
Qeyd edək ki, "Mançester Siti" ilə 2017-ci ilə qədər müqaviləsi olan Aqueronun təzminat qiyməti 40 milyon avrodu.





