İspaniyanın "Barselona" klubunun müdafiəçisi Mark Bartranın katalon klubundakı gələcək taleyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, rəhbərlik ispan oyunçuyla müqavilə yeniləmək barədə düşünür.
Tərəflər razılığa gəlsə, futbolçu 2018-ci ilin qışına qədər klubda qalacaq. Yeni müqavilənin ilin sonunda imzalanacağı gözlənilir.
Futbolçu ilə hal-hazırda "İnter" və "Fiorentina" maraqlanır.





