Dekabrın 5-də "Bakcell Arena"da klubların Lisenziyalaşdırma prosesi çərçivəsində klubların Təhlükəsizlik Xidməti üçün UEFA seminarı təşkil olunacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA nümayəndələri Kenneth Scott, Marc Timmer və David Petriaşvilinin rəhbərlik edəcəyi seminarda klublarla yanaşı, Daxili İşlər Nazirliyinin, AFFA-nın və PFL-in nümayəndələri iştirak edəcək.





