Dünyaca məşhur GMF portalı futbol üzrə 21-ci əsrin simvolik komandasını müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, siyahıda 18 futbolçu və baş məşqçinin adı qeyd olunub. Nəzərdə tutulan 18 oyunçudan 11-i əsas heyət, digər 7-i isə ehtiyatda olanlardı.
 
Komandada ispan və braziliyalıların çoxluğu diqqət çəkir. Hər iki ölkədən 3 futbolçu siyahıda yer alıb. İtaliyadan iki, Fransa və Portuqaliyadan isə hərəyə bir futbolçu ən yaxşılar sırasına düşməyi bacarıb.
 
21-ci əsrin ən yaxşı baş məşqçisi isə 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırmış Aleks Ferqyusson olub.
 
4-2-3-1 taktikası ilə düzülən yığmanı diqqətinizə çatdırırıq:
 
Qapıçı: İker Kasilyas (İspaniya);
 
Müdafiəçilər: Kafu (Braziliya), Fabio Kannavaro (İtaliya), Karles Puyol (İspaniya), Paulo Maldini (İtaliya);
 
Yarımmüdafiəçilər: Xavi Hernandez (İspaniya), Zinəddin Zidan (Fransa), Ronaldinyo (Braziliya), Lionel Messi (Argentina), Kriştianu Ronaldo (Portuqaliya);
 
Hücumçu: Ronaldo (Braziliya).
 
Ehtiyat oyunçular: Canluici Buffon (İtaliya), Xavyer Zannetti (Argentina), Con Terri (İngiltərə), Andrea Pirlo (İtaliya), Pol Skoulz (İngiltərə) Tyeri Anri (Fransa), Alan Şirer (İngiltərə).
 
Baş məşqçi: Aleks Ferqyusson (Şotlandiya).
Shares: