"Qarabağ" məşqlərini bərpa edib. Futbolinfo.az xəbər verir ki, şənbə günü Premyer Liqa çərçivəsində "Simurq"la qarşılaşdıqdan sonra dərhal Bakıya qayıdan komanda istirahətsiz hazırlıqlara start verib.
Ölkə kubokunda AZAL-ı qəbul edəcək ağdamlılar günü tək çalışmayla keçirib. "Qarabağ" Suraxanı qəsəbə stadionundakı məşqlə kifayətlənib.
Qeyd edək ki, ölkə kubokunun 1/8 final mərhələsi tək oyundan ibarət olacaq. Dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma 16:30-da start götürəcək. (klub saytı)





