Çempionlar Liqasının qrup mərhələsinin son matçında səfərdə “Qalatasaray”la qarşılaşacaq “Yuventus”da xoşagəlməz vəziyyət yaranıb. Futbolinfo.az xəbər verir ki, komandanın əsas futbolçularından biri olan Andrea Pirlo zədələnib.
 
Bu “Udineze” ilə matçın 14-cü dəqiqəsində baş verib. Maestronun zədələnməsi “Cim-Bom” azarkeşlərini sevindirib. Belə ki, onun qarşıdakı 10 gündə forma geymə ehtimalı yox dərəcəsindədi.
 
Qeyd edək ki, qrupdan çıxan ikinci komandanın taleyini həll edəcək “Qalatasaray” – "Yuventus” oyunu dekabrın 10-da baş tutacaq.
Shares: