Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Qaradağ Lökbatan" – "Rəvan" matçının keçirilmə yeri dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, qarşılaşma Lökbatan qəsəbəsindəki İdman Olimpiya Kompleksinin stadionunda keçirilməli olsa da, daha sonra qarşılaşmanın başqa arenada oynanılmasına qərar verilib.
Oyunun keçiriləcəyi məkanın dəyişilməsinə səbəb kimi Olimpiya Kompleksinin stadionunun ot örtüyünün bərbad olması göstərilir. Qarşılaşma sabah Bayıl qəsəbəsində yerləşən "Bayıl Arena"da baş tutacaq.
"Qaradağ Lökbatan" – "Rəvan" matçı 13:00-da start götürəcək.





