İngiltərənin "Mançester Yunayted" klubu növbəti transfer hədəfini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Mançester təmsilçisi "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Marko Roysa "elçi" düşüb.
 
"Mançester Yunayted"in baş məşqçisi Devid Moyes yanvardan 24 yaşlı futbolçunu komandasında görmək istəyir. Son İngiltərə çempionu almaniyalı futbolçu üçün 35 milyon avrosundan keçməyə hazırdı.
 
Qeyd edək ki, Roysla İspaniyanın "Barselona" da yaxından maraqlanır.
Shares: