“Yuventus” rəhbərliyi Arturo Vidalla yeni müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, çilili futbolçunun yeni sözləşməsi 2017-ci ilə kimi nəzərdə tutulub.
Razılığa əsasən, onun əməkhaqqısının da artıldığı gələn xəbərlər arasındadı. Lakin dəqiq rəqəm açıqlanmayıb.
Xatırladaq ki, Vidal 2011-ci ildə “Bayer”dən (Leverkuzen) Turin klubuna transfer olunub.





