“Mançester Siti”nin açar oyunçusu David Silva komanda ilə məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, bir ay əvvəl ÇSKA ilə Çempionlar Liqasının qrup oyununda zədələnmiş ispaniyalı zədəsini sağaldıb.
Artıq gələn həftə onun “Bavariya” ilə oyunda meydana çıxacağı gözlənilir.
Xatırladaq ki, cari mövsümdə Silva İngiltərə premyer-liqasının 7 oyununda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.





