Futbol üzrə Türkiyə Kubokunda 4-cü mərhələnin oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 32 klub 5-ci mərhələyə 16 vəsiqə uğrunda mübarizə aparır.
İlk oyun günündə 3 görüş baş tutub. "Qalatasaray" "Qaziantep BB" ilə üz-üzə gəlib. İstanbul nəhəngi bu rəqibini çox çətinliklə, yalnız penalti seriyasında üstələyə bilib. "Antalyaspor" da "Çankırıspor"u əlavə vaxtda məğlubiyyətə uğradaraq mərhələ adlayıb. "Elazığspor" isə "Bandırmaspor" səddini 2 cavabsız qolla keçib.
Növbəti oyunlar bu gün və sabah keçiriləcək.
Türkiyə Kuboku
4-cü mərhələ
3 dekabr
Qalatasaray – Qaziantep BB – 2:2 (penaltilərlə – 6:5)
Antalyaspor – Çankırıspor – 4:2 (əlavə vaxtda)
Bandırmaspor – Elazığspor – 0:2
4 dekabr
15:00. Balıkəsirspor – Trabzonspor
15:00. İnegölspor – Qaziantepspor
15:00. Tavşanlı Linyitspor – Akhisar BS
15:00. Tokatspor – İstanbul BB
19:00. Sivasspor – Silivrispor
20:00. Gənclərbirliyi – Nazilli Bələdiyyəspor
21:00. Fənərbaxça – Fəthiyyəspor
23:00. Adana Dəmirspor – Bursaspor
5 dekabr
15:00. Tarsus – Ərciyəsspor
17:30. Əskişəhərspor – Vanspor
20:00. Karabükspor – Hacettepe
20:00. Kayserispor – 1461 Trabzon
22:30. Bucaspor – Beşiktaş





