Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri olan "Qarabağ" – AZAL" matçı saat 16:30-da Tofiq Bəhrabov adına Respublika stadionunda baş tutacaq.
Saytımıza açıqlama verən AZAL-ın müdafiəçisi Ruslan Tağızadə oyunla bağlı fikirlərini bölüşüb: "Qarabağ"la oyun bizim üçün çətin olacaq. Biz suni örtüklü meydanda oynamağa örgəşmişik. Bu dəfə isə oyun təbii ot örtüyü olan meydanda keçiriləcək. Ancaq bunu bəhanə etmək olmaz. Bütün qarşılaşmalara eyni cür hazırlaşırıq. Çətin olsa da, çalışacağıq ki, mərhələ keçən tərəf biz olaq. Mərhələni AZAL keçsə, bu, sensasiya olmayacaq".





