Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, açılış matçında "Rəvan" "Qaradağ Lökbatan"la qarşılaşır.
"Bayıl Arena"da keçirilən qarşılaşmanı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da izləyir.
Maraq üçün qeyd edək ki, bu görüşü Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.





