Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Biləcəri qəsəbəsində "Bakı" digər Premyer Liqa təmsilçisi "Sumqayıt"la qarşılaşır.
"Bakı"nın təlim-məşq bazasının stadionunda keçirilən oyun meydan sahibləri üçün o qədər də yaxşı başlamayıb. Belə ki, oyunun 35-ci dəqiqəsində "zolaqlılar"ın 31 nömrəli oyunçusu Vüqar Mustafayev zədələnərək matçı yarıda tərk etmək məcburiyyətində qalıb. Bu üzdən də baş məşqçi Milinko Pantiç onu Şəhriyar Əliyevlə əvəzləməli olub.





