İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Serxio Aquero komandasını tərk edəcək. Futbolinfo.az xəbər verir ki, argentinalının karyerasını "Barselona"da davam etdirmək istədiyi bildirilir.
 
Bir müddətdi ki, Serxionun klubdan ayrılıb La Liqaya yollanacağına dair xəbərlərin ardı-arası kəsilmir.
 
İddialara görə, Aquero Argentina millisindəki komanda yoldaşı Lionel Messi ilə birgə oynamaq üçün "Barselona"ya keçmək istəyir.
 
Qeyd edək ki, "Barselona"nın əzəli rəqibi "Real" (Madrid) da Aquero ilə yaxından maraqlanır.
Shares: