AFFA-nın dəstəyi və Bakcell şirkətinin sponsorluğu ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən turnirin qalibi son turda "Zirvə"ni 12:7 hesabı ilə məğlub edən "Birlik" komandası olub. "Şimşək" ikinci, "Zirvə" komandası isə üçüncü yeri tutub.
Shares: