İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo növbəti dəfə iddialı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı premyer-liqadakı tək rəqiblərinin "Mançester Siti" olduğunu deyib:
"Arsenal" rəqibimiz deyil. Tək rəqibimiz "Mançester Siti"di. Çünki heyətlərində yaşlı oyunçu yoxdu və matçın taleyini dəyişdirəcək futbolçulara sahibdirlər. Bir sözlə, komanda mükəmməldi.
30 yaşdan yuxarı və 23 yaşdan aşağı oyunçuları yoxdu. Mən "Mançester Siti"nin baş məşqçisi olsaydım, əsas "11-liy”i təyin etməkdə çətinlik çəkərdim. Mənim bu açıqlamalarıma digər komandalar əsəbiləşə bilər, ancaq bu, mənim fikrimdi".





