Futbol üzrə Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 32 klub 5-ci mərhələyə 16 vəsiqə uğrunda mübarizə aparır.
İkinci oyun günündə 8 görüş baş tutub. Turnirin favoritlərindən biri – "Fənərbaxça" gözlənilmədən PTT 1-ci Liqanın sonuncusu olan "Fəthiyəspor"a uduzaraq mübarizəni dayandırıb. Qeyd edək ki, bu komandada azərbaycanlı qapıçı Davud Kərimi də çıxış edir. Amma o, bu görüşün iştirak ərizəsində yer almayıb. "Trabzonspor" da "Balıkəsirspor"a uduzmaqla hər kəsi təəccübləndirib. Super Liqanın digər təmsilçisi "Qaziantepsor" da "İnegölspor"a uduzub. "Gənclərbirliyi" "Nazilli Bələdiyəspor"la bacarmayıb. "Bursaspor"la "Sivasspor" isə sürprizə imkan verməyib.
Növbəti oyunlar bu gün keçiriləcək.
Türkiyə Kuboku
4-cü mərhələ
3 dekabr
Qalatasaray – Qaziantep BB – 2:2 (penaltilərlə – 6:5)
Antalyaspor – Çankırıspor – 4:2 (əlavə vaxtda)
Bandırmaspor – Elazığspor – 0:2
4 dekabr
Balıkəsirspor – Trabzonspor – 3:1
İnegölspor – Qaziantepspor – 3:2
Tavşanlı Linyitspor – Akhisar BS – 0:1
Tokatspor – İstanbul BB – 1:0
Sivasspor – Silivrispor – 1:0
Gənclərbirliyi – Nazilli Bələdiyyəspor – 0:1
Fənərbaxça – Fəthiyyəspor – 1:2
Adana Dəmirspor – Bursaspor – 1:2
5 dekabr
15:00. Tarsus – Ərciyəsspor
17:30. Əskişəhərspor – Vanspor
20:00. Karabükspor – Hacettepe
20:00. Kayserispor – 1461 Trabzon
22:30. Bucaspor – Beşiktaş





