“Çelsi”nin ulduz futbolçusu Samuel Eto’O komanda ilə məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Joze Mourinyo yerli mətbuata açıqlamasında deyib.
 
Portuqaliyalı mütəxəssisin sözlərinə görə noyabrın 26-dakı “Bazel”lə Çempionlar Liqasının qrup oyununda zədələnən 32 yaşlı hücumçu artıq sağalıb: “Eto’O komanda ilə məşqlərə başlayıb. Yenə də onun vəziyyətini dəyərləndirəcəyik, amma hələ pis görünmür. Onun növbəti matçda meydana çıxmaq şansı var”.
Shares: