Futbol üzrə Topaz Premyer Liqasının 16-cı turunun 2 oyunu televiziya vasitəsilə canlı yayımlanacaq. Futbolinfo.az xəbər verir ki, bu, turun bütün qarşılaşmalarının eyni gündə keçirilməsindən irəli.
Belə ki, "İdman Azərbaycan" 16-cı turun "Qəbələ" – "Simurq" və "Qarabağ" – "Neftçi" görüşlərini yayımlamağı planlaşdırır. Lakin bu qarşılaşmaların başlama saatları ilə bağlı maraqlı təzad var. Sözügedən telekanal rəsmi saytında Qəbələ şəhər stadionunda keçiriləcək oyunun saat 13:00-da, mərkəzi arenadakı qarşılaşmanın isə 15:00-da start götürəcəyini yazıb. Amma Peşəkar Futbol Liqasının rəsmi saytında bu qarşılaşmaların başlama vaxtları müvafiq olaraq 14:00 və 18:00 göstərilib.
Topaz Premyer Liqası
16-cı tur
8 dekabr
14:00. Qəbələ – Simurq
Qəbələ şəhər stadionu.
18:00. Qarabağ – Neftçi
Tofiq Bəhramov adına Respublika stadionu.





