"İnter" klubunun yarımmüdafiəçisi Fredi Quarin yanvarda komandasını tərk edəcək. Futbolinfo.az xəbər verir ki, kolumbiyalı futbolçu "Barselona"nın maraq dairəsinə düşüb.
Fredinin özü də keçidə xeyli müsbət yanaşır. Hələki katalonlar “İnter”lə rəsmi təmasa keçməyib. La Liqa klubunun bunun üçün qış fasiləsini gözlədiyi bildirilir.





