Türkiyənin 3-cü liqa klublarından olan “Tekirovaspor” Madrid “Real”ına maraqlı məktub ünvanlayıb. Futbolinfo.az xəbər verir ki, cari mövsümdə inamlı təsir bağışlayan Tekirova klubu “Kral Klubu” ilə yoxlama oyunu keçirmək istəyir.
Artıq bu məqsədlə Madrid klubuna rəsmi təklif də göndərilib.
Klubun fəxri prezidenti Yusuf Üras deyib: “Çempionlar Liqasında Avropadakı qürurumuz “Qalatasaray”la eyni qrupda yer alan “Real”ı qış fasiləsində yoxlama oyunu üçün Tekirovaya dəvət etdik. Dünya nəhəngi olan “Real” bir də bizimlə qarşılaşsın. Qoy, güclü olan qazansın”.





