"Fənərbaxça"nın Türkiyə superliqasında "Beşiktaş"ı qəbul etdiyi matç meydan sahibləri üçün baha başa gəlib. Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada ev sahibi komandanın azarkeşləri təhqiredici şüarlar səsləndirdiyi üçün klub Türkiyə Futbol Federasiyası tərəfindən bir oyunluq cəzalandırılıb.
Komanda növbəti ev matçını azarjeş dəstəyi olmadan keçirəcək. Bundan başqa "Fənər"ə 90 min lirəsi pul cəzası verilib.
"Fənərbaxça" – "Beşiktaş" matçı 3:3 hesabı ilə başa çatmışdı.





