Portuqaliya millisinin superulduzu Kriştianu Ronaldo DÇ-2014-də qarşılaşmaq istəmədiyi yığmaların adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu turnirin favoriti hesab etdiyi – Braziliya, İspaniya və Almaniya ilə eyqni qrupa düşmək istəmədiyini deyib:
 
"Püşkatma ilə kimlərlə eyni qrupda qarşılaşacağımız dəqiqləşəcək. Yaxşı vəziyyətdəyik və özümüzə inanırıq. Braziliyada oynamaq hüququ əldə etdik. Ümid edirəm ki, turnirin əvvəlində güclü komandalarla qarşılaşmarıq".
 
Qeyd edək ki, DÇ-2014-ün püşkü bu axşam saat 20:00-da atılacaq.
Shares: