İspaniyanın "Real" (Madrid) klubu "Liverpul"un hücumçusu Luis Suaresin transferində olduqca israrlıdı. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin "Liverpul"un forvardını transfer etməsi ilə bağlı xəbərlər səngimək bilmir.
"Kral klubu" uruqvaylının keçidi üçün 60 milyon funt (72,2 milyon avro) ödəməyə hazırdı. Lakin mersisaydlar hələlik bu təklifə heç bir münasibət bildirməyiblər.
Qeyd edək ki, "Liverpul" daha öncə Suaresi 47 milyon avroya "Real"a satmağa razılıq versə də, futbolçunun son görüşlərdə nümayiş etdirdiyi oyundan sonra qərarını dəyişmişdi.





