Dünən ictimaiyyətə təqdim olunan "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli artıq komandada hökmranlığı ələ alıb. Futboluninfo.az xəbər verir ki, türkiyəli mütəxəssis ilk növbədə komandanın intizamını gücləndirməyə çalışır.
 
Belə ki, Dənizli komandanın heç bir üzvünü özündən kənara buraxmır. Con Toşakın vaxtında oyundan bir gün əvvələ qədər evinə gedən, ailəsi ilə görüşən futbolçular artıq məskunlaşdıqları oteldən kənara çıxa bilmir. Bu qayda Dənizli tərəfindən tək yerli yox, legioner futbolçulara da aid edilir. Uelslinin dönəmində ailəsini görən legionerlərə də görüş qadağan edilib.
Shares: