Türkiyənin “Antalyaspor” klubunun prezidenti Gültekin Güncer vaxtilə “Barselona” və “Arsenal” kimi klublarda top qovmuş futbolçu Aleksandr Qlebi transfer edəcəkləri haqda yayılan xəbərlərə aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, klub rəhbəri belaruslu futbolçunun keçidini istisna etməyib:
“Qlebin keçidi haqda yayılan xəbərləri mən də eşitmişəm. Bəli, onun çıxışını yaxından izləyirik. Amma indidən transferlə bağlı dəqiq bir söz deyə bilmərəm. Komandamızın transfer siyahısı var. Bu siyahıda isə Qleb də daxil olmaqla, bir çox futbolçunun adı var. Həm əcnəbi, həm də türk. Hər şey baş məşqçimizdən asılıdır. O, kimi sərəncamında görmək istəsə, həmin futbolçu ilə də danışıqlara başlayacağıq. Bu Qleb də ola bilər, bir başqaları da. Hər şey Samet Aybabanın yekun qərarından asılı olacaq”.





