Türkiyəli müğənni Ebru Gündeşin əri, azərbaycanlı iş adamı Rza Zarrab Türkiyənin “Trabzonspor” klubunun sponsoru olub. Futbolinfo.az xəbər verir ki, Zərraba məxsus “Royal Denizcilik Endüstriyel Makine A.Ş.” şirkəti ilə klub arasında müqavilə bağlanılıb.
 
Anlaşma hələlik 2013-2014-cü il mövsümünü əhatə edəcək. İlkin mərhələdə Zərrab “Trabzonspor”a 3 milyon lirə ödəniş edəcək.
 
Komanda Türkiyə Superliqasında və Avropa Liqasında uğurla çıxış etsə, bu rəqəm daha da artacaq.
Shares: