"Barselona"nın baş məşqçisi Xerardo Martino qışda transfer etmək istədiyi futbolçuların adlarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis əsasən komandasının hücum xəttini gücləndirməyi planlaşdırır.
"Bayer" (Leverkuzen) klubundan Ştefan Kisslinq və "Benfika"dan Oskar Kardoso yanvarda "Barselona"ya transfer oluna bilər. Kataloniya təmsilçisi gələn ay məhz bu iki futbolçudan birinə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Martino Messinin zədələnməsindən sonra rəhbərliyə komandanın yeni hücumçuya ehtiyacı olduğunu bildirib.





