“Liverpul” klubunun hücumçusu Samed Yeşil karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, ilyarım bundan əvvəl Leverkuzen “Bayer”indən transfer olunan türk əsilli forvard “Beşiktaş”a keçməyə yaxındı.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, artıq tərəflər arasında danışıqlara start verilib. Alman oyunçunun keçidi İstanbul klubuna 2 milyon avroya başa gələ bilər.
Samed Yeşil hazırda “Liverpul”un əvəzedici komandasında çıxış edir.





