İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli DÇ-2014-ün püşkatma mərhələsindən sonra jurnailstlərə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis mundialın ən çətin qrupuna düşdüklərini deyib:
 
"Ən çətin qrupa düşdük. Ancaq bunun üçün əsəbiləşməyə ehtiyac yoxdu. Əsas odur ki, dünya çempionatındayıq. Qrupumuzda dünyanın üç böyük komandası var. Kosta Rikanı da zəif rəqib kimi görməmək lazımdı. Çox vaxt İtaliya çətin qruplara düşən də daha yaxşı nəticə əldə edir. Ötən il Konfederasiyalar kubokundada belə olmuşdu".
Shares: