İspaniya millisinin baş məşqçisi Visente Del Boske DÇ-2014-ün püşkatmasını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, "Cuatro" radiosuna açıqlamasında təcrübəli mütəxəssis asan qrupa düşmədiklərini deyib:
"Düzdü, ölüm qrupunda da deyilik. Ancaq çox güclü komandalarla qrupdan çıxmaq üçün mübarizə aparacağıq. Hollandiya ilə qarşılaşacağımızı əvvəlcədən söyləmişdim və haqlı çıxdım. Çili də çox təhlükəli yığmadı. Avstraliya ilə də oyunumuz asan olmayacaq. Çempionatın ilk günündən etibarən istədiyimiz oyunu sərgiləməliyik. Bu bizim üçün sonrakı matçlar üçün dı faydalı olacaq".
Qeyd edək ki, İspaniya DÇ-2014-ün B qrupundan mübarizə aparacaq.





