Futbol üzrə Almaniya Regional Liqasında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayserslautern"in ikinci komandası "Frayburq"un qonağı olub.
 
Qarşılaşmada hesab açılmayıb. Millimizin üzvü 83-cü dəqiqədə meydana daxil olub. Lakin o da komandasına qələbə qazandıra bilməyib.
 
Qeyd edək ki, "Kayserslautern" 19 oyundan sonra 30 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Shares: