“Monako”nun ulduzu Radamel Falkao klubun sahibi Dmitriy Rıbolovlevdən onu digər komandaya buraxmasını xahiş edib. Futbolinfo.az xəbər verir ki, özü də forvard qış “transfer pəncərəsi”ndə getmək istəyir.
 
Kolumbiyalının ayrılmaq üçün əsas arqumenti məvacibinin yeni vergi qanununa görə 14 milyonda 7 milyona enməsidi. "Monako"nun prezidentini isə gələn yaydan maliyyə fair-pleyi qaydaları da narahat edir. Belə ki, artıq klub qazandığından artığını xərcləyə bilməz. Rıbolovlev Falkaonun xahişini yerinə yetirmək istəyir.
 
Xatırladaq ki, bir müddət əvvəl "Çelsi" Falkao ilə maraqlanırdı. “Monako” bunun əvbəzində londonlulardan Fernando Torres və ya Demba Banı da istəyə bilər.
Shares: