Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla görüşüb. Futbolinfo.az xəbər verir ki, alman mütəxəssis ötən mövsüm ərzində milli komandada fəaliyyəti barədə AFFA prezidentinə hesabat verib.
Görüşdə federasiyanın vitse-prezidenti Elşad Nəsirov və baş katibi Elxan Məmmədov iştirak edib.





