Almaniya millisinin futbolçusu Məsut Özil DÇ-2014-ün püşkünü dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, türk əsilli futbolçu qrupdakı rəqiblərindən asılı olmayaraq, komandasının Br aziliyaya yalnız dünya çempionu olmaq üçün gedəcəyini bildirib:
 
"Püşkün nəticəsini normal qarşıladım. Çünki biz turnirdə onsuz da güclü rəqiblərlə oynayacağıq. Ya əvvəl, ya da sonda onlarla qarşılamağın heç bir fərqi yoxdu. Biz bütün rəqiblərə qalib gəlməliyik. Onu deyim ki, Almaniya millisi Braziliyaya yalnız çempion olmaq gedəcək".
 
Qeyd edək ki, Almaniya millisi G qrupunda Portuqaliya, Qana və ABŞ-la mübarizə aparacaq.
Shares: