Topaz Premyer Liqasının 16-cı turunun bu gün keçiriləcək oyunu AZAL üçün əlamətdar olacaq. Futbolinfo.az xəbər verir ki, 2004-cü ildə yaradılan klub 8  illik tarixində 300-cü yubiley matçına çıxacaq.

“Rəvan”la paytaxt derbisinə qədər 299 oyuna çıxan “təyyarəçilər” bu qarşılaşmaların 245-ni Premyer liqa çərçivəsində keçirib. Bunda başqa, bakılılar I dəstədə 14, Azərbaycan kubokunda 36, avrokuboklarda 4 matçda qüvvəsini sınayıb.

 

Yarış

Oyun sayı

Qələbə

Heç-heçə

Məğlubiyyət

T-F

Xal

Premyer Liqa

245

101

74

70

287-219

377

Kubok

36

14

9

13

42-34

51

I dəstə

14

10

3

1

25-9

33

Avrokubok

4

0

2

2

3-5

2

Cəmi

299

125

88

86

357-267

463

İlk görüş və 2 yubiley oyununu nəzərə alsaq komanda indiyədək 3 əlamətdar qarşılaşmaya çıxıb. Bu matçlarda AZAL qapısından qol buraxmayıb. Vaxtilə AMMK, “Olimpik” və “Olimpik-Şüvəlan” adlarını da daşıyan paytaxt təmsilçisi ilk iki əlamətdar qarşılaşmasını həmşəhərlilərinə qarşı keçirib. Həmin görüşlər qolsuz heç-heçə ilə nəticələnib.

1-ci

10.10.2004

Böyük Vadi (Bakı) – AMMK (Bakı)

0:0

I dəstə

100-cü

13.04.2008

Olimpik (Bakı) – Neftçi (Bakı)

0:0

Premyer Liqa

200-cü

02.03.2011

AZAL  (Bakı) – Turan  (Tovuz)

2:0

Kubok, 1/4 final

Shares: