İngiltərə yığmasının baş məşqçisi Roy Hocson DÇ-2014 barədə maraqlı açıqlama ilə çıxış edib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı futbolsevərlərin İngiltərənin qələbəsinə mərc oynamasını istəyib:
 
"Mən İngiltərəyə 10 funt atardım. Braziliyaya pul qoyuluşu edib uduzmaqdansa, qalib gəlməsini istədiyim milliyə niyə pul atmayım? Bizim müxtəlif variantlarımız var. Heyətimizə yeni qoşulan gənc futbolçularımız veteranlarla müqayisədə fərqli xüsusiyyətlərə malik olduqlarından, bir neçə oyun planlarımız əlavə olunub. Digərləri kimi yaxşı püşk istəyərdik, amma qismətimizə yazılanla barışmalıyıq".
Shares: