Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Şəfa" stadionunda "İnter" "Xəzər Lənkəran"ı qəbul edir. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ilk yarısı qonaq komanda üçün o qədər də uğurlu alınmayıb.
 
Belə ki, fasilə ərəfəsində rəqib futbolçu ilə mübarizə zamanı "ağ-yaşıllar"ın müdafiəçisi Manuel Skarlatake zədələnib. Bu üzdən də o, meydanı ağsayaraq tərk edib. Fasilə zamanı onun zədəsinin ciddi olduğu üzə çıxıb. Belədə, Skarlatake ikinci yarıda meydana çıxa bilməyib.
 
Baş məşqçi Mustafa Dənizli 2-ci hissədə Skarlatakenin əvəzində Zohair Benuahini döyüşə atıb.
Shares: