Topaz Premyer Liqasının 16-cı turunun mərkəzi oyununda "Neftçi" səfərdə "Qarabağ"la qarşılaşır. Futbolinfo.az xəbər verir ki, görüşün ilk dəqiqələrində qapısında erkən qol görən lider "Neftçi" hələ ki, ilk hissədən sonra məğlub durumdadı – 0:1.
Paytaxt klubunun Ağdam təmsilçisinə qarşı sərgilədiyi oyun isə deyəsən komandanın azarkeşlərinin ürəyincə deyil. Belə ki, onlar komandanın bəzi futbolçularını da hədəfə alıblar. Xüsusilə Cavid İmamverdiyevin çıxışı "ağ-qaralar"ı fanatların kəskin etirazına səbəb olub. Onlar "Cavid, evinə, futbol sənin nəyinə" kimi şüarlar səsləndirirlər.





