"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Bakı" ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“Maraqlı oyun getdi. Hiss olunurdu ki, komandam uduzmaq istəmir. Qələbəyə oynayırdıq. Hava şəraiti də oyuna təsir etdi. Nəticədən razı deyiləm. Amma komandanın oyunundan razıyam”.
Shares: