Son İngiltərə çempionu "Mançester Yunayted" uğursuz çıxışını davam etdirir. "Qırmızı şeytanlar" son turda doğma meydanda "Nyukasl"a uduzmaqla uzun müddətdi davam edən iki seriyanın qırılmasına mane ola bilməyib.
 
Futbolinfo.az xəbər verir ki, Mançester təmsilçisi ötən turda evdə "Everton"a yenilmişdi. Bununla David Moyesin başçılıq etdiyi komanda 11 ildən sonra ilk dəfə ardıcıl iki ev oyununda məğlubiyyət acısı yaşayıb.
 
"Everton"a 21 il sonra öz evində yenilən "Mançester Yunayted"in daha bir seriyası da başa çatıb. Belə ki, "qırmızı şeytanlar" "Old Trafford"da 41 il sonra "Nyukasl"a boyun əyib.
Shares: