"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunda zədə aldı. Futbolinfo.az saytına açıqlamasında o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra zədəsi ilə bağlı bunları söyləyib:
"Ayağımda bir az şiş var. İsti-isti hiss etmədim. Oyundan sonra belə olduğunu gördüm. Ancaq ciddi bir sey yoxdu. İnşallah, növbəti turlarda komandama koməklik edə biləcəm".





