Fransa çempionatının lideri PSJ sabiq idman direktoru Leonardonun şok açıqlamaları ilə Avropa mətbuatının gündəminə gəlib. Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisindəki keçmiş günlərini xatırlayan ötənlərin məşhur futbolçusu mətbuata açıqlamasında vaxtilə "Yuventus"un üzvü Pol Poqba və "Real"ın ulduzu Kriştianu Ronaldonu almaq istədiklərini və buna yaxın olduqlarını etiraf edib:
 
"Poqba möhtəşəm oyunçudu. Onun mövqeyində güclü futbolçularımız olsa da, Polu almağı planlaşdırırdıq. O, dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridi. Ronaldonu da Paris gətirmək üçün əlimdən gələni etdim. Amma onu Madriddə qoparmaq asan deyildi. Danışıqlarımız oldu, amma “Real” Rnaldonu buraxmadı".
 
Leonardo "Qızıl top"u kimin qazanacağı haqda fikirlərini də bölüşüb: "Mən olsam mükafatı Frank Riberiyə verərdim. Messi və Ronaldo onsuz da daha öncə "Qızıl top" qazanıblar".
Shares: