İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Devid Moyes Premyer Liqanın son turunda "Nyukasl"a uduzduqları görüşdə Sindzi Kaqavanın adını iştirak ərizəsinə salmamasına aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirib:
"Kaqava çox yemək yeyib. "Everton"la görüşdən sonra mədəsində ağrı hiss etdi. Cümə günü məşqə çıxdı, ancaq özündə deyildi. Biz də riskə getmədik. Çox yediyi üçün xəstələndiyini düşünür. Mədəsini təmizlətməlidi".





