"Lill"in qapıçısı Vinsent Enyeamanın quru seriyası qırılıb. Futbolinfo.az xəbər verir ki, afrikalı qapıçının seriyasına "Bordo"nun futbolçusu Landri N`Guemo son qoyub.
 
Qeyd edək ki, 31 yaşlı qapıçı Liqa1-in V5-ci turunda "Nitsa" ilə oyununun (0:2) 45-ci dəqiqəsindən sonra 11 matçda qapısında qol görməmişdi. Nigeriyalı qolkiper bundan sonra "Soşo", "Evian", "Olimpik" (Lion), "Ayaçço", "Monpelye", "Nant", "Monako", "Genqam", "Tuluza", "Valensyenn" və "Olimpik"in (Marsel) fərqlənməsinə imkan verməmişdi.
 
Enyeama Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) qapıçıların quru seriyası ilə bağlı hazırladığı statistikada 1061 dəqiqəlik göstərici ilə 40-cı yeri tutub. Siyahının birinci pilləsində 18 may 1997-ci ildən 7 sentyabr 1998-ci ilədək keçirilən oyunlarda 1816 dəqiqə qol buraxmayan Braziliyanın "Vasko da Qama" klubunun "Mazaropi" ləqəbli qapıçısı Ceraldo Pereyra de Matos Filho qərarlaşıb.
 
IFFHS siyahısının ilk 10 pilləsində bu qapıçılar yer alıb:
 
1. Mazaropi
Vasko da Qama
Braziliya
1816
2. Navaf Xalid
Əl-Kadsiya
Küveyt
1453
3. Tabet Əl-Batal
National
Misir
1442
4. Dani Verlinden
Brügge
Belçika
1390
5. Joze Bulyubaşix
Universidad K.
Argentina
1352
6. Tabet Əl-Batal
National
Misir
1325
7. Edvin van der Sar
Mançester Y.
Hollandiya
1311
8. Essam Əl-Hadari
National
Misir
1288
9. Samir Said
Əl-Ərəbi
Küveyt
1283
10. Abel Qomes
Atletiko
İspaniya
1275
Shares: