İspaniyanın "Barselona" klubu "Mançester Yunayted"in futbolçusu Robin van Persinin transferi üçün danışıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə elə İspaniya mətbuatı məlumat yayıb.
 
İddialara görə, hollandiyalı hücumçunun yanvarda Kataloniya klubuna gəlməsi üçün "qırmızı şeytanlar"a 45 milyon avroluq təklif gönədəriləcək.  Mançester təmsilçisinin təklif olunan məbləğin yüksək olması səbəbindən futbolçunun komandadan ayrılmasına razılıq verəcəyi iddia edilir.
 
Qeyd edək ki, van Persi 2012-ci ildə "Arsenal"dan "Mançester Yunayted"ə transfer olunub.
Shares: