Madriddə təlim-məşq toplanışında olan "Bakı"nın U-14 komandası ötən gün "Atletiko"nun bazasında ilk məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, yerli məqşçilərin nəzarəti altında keçən məşq əsasən, tanışlıq xarakteri daşıyıb.
 
U-14 ilə birgə Madridə yollanan məşqçilər heyətinin üzvləri isə "Atletiko"nun məşqini izləyiblər. "Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu Arda Turanla görüşərək ona Azərbaycan futbolsevərləri adınan salamlarını çatdırırb.
 
U-14 tam heyətlə Madriddə təlim-məşq toplanışında olan U-15 komandasının üzvlərinin yer aldığı məşqi seyr edib. Bu gün isə U-14 "Atletiko"lu həmyaşıdları ilə yoldaşlıq oyununa çıxacaq. (klub saytı)
Shares: